Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı necə aparılır?


Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər. Tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər.

İpotekanın dövlət qeydiyyatı necə aparılır?
Daşınmaz əmlakın, o cümlədən tikintisi başa çatdırılmamış obyektin ipotekası haqqında müqavilənin dövlət qeydiyyatı ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş borcun (öhdəliyin) icra müddəti, ipotekasaxlayan və ipotekaqoyan barədə məlumatların dövlət reyestrinə daxil edilməsi ilə aparılır. İpotekanın qeydiyyatı ərizənin qeydiyyat orqanına daxil edildiyi gündən 5 iş günü müddətində aparılır.

Dövlət qeydiyyatından imtina üçün hansı əsaslar vardır? 
Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:
-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanununa əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;
-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;
-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə;
daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda;
-daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxshəmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik  olmadıqda;
-qeydiyyatın dayandırılmasına səbəb olan hallarar adan qaldırılmadıqda.
Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir.

http://www.xirdalanemlak.az/ əsas səyfəyə keçid