Beləliklə, siz torpaq almaq üçün dövlət orqanlarına müraciət etmisiniz. Lakin dövlət orqanı sızın müraciətinizə baxmır. Bir çoxları belə olduqu təqdirdə digər yollarla bu problemi həll etməyə çalışırlar. Halbu ki, çıxış yolu qanundur. Siz bununla bağlı aşağıdakı maddəni oxuyun. 

Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən çıxarış

Maddə 69. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə qərardan şikayət

1.Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından məhkəmə qaydasında şikayət vermək olar. Ərizələrə baxılmasının müəyyən edilmiş müddətlərinin gecikdirilməsi torpaq sahəsinin verilməsindən imtina edilməsi kimi qiymətləndirilir.

2.Məhkəmə işə baxarkən torpaq sahəsinin verilməsindən imtina edilməsinin qanuni və ya qanunsuz olduğu barədə qərar qəbul edə bilər. Axırıncı halda məhkəmənin qərarı torpaq sahəsi üzərində hüquqların rəsmiləşdirilməsi üçün əsasdır və qanunvericiliklə müəyyən edilmiş qaydada yerinə yetirilməlidir.