Son vaxtlar Xırdalanın ev alqı satqısı bazarında banksız kreditlə mənzillərin satılması geniş yayılıb. Banksız kreditlə ev - bəzi hallarda daxili kredit şərtələri ilə mənzillərin satışı kimi də ifadə olunur.

Bu cür şərtlərlə mənzillərin satılması tək tikinti şirkətləri tərəfindən deyil, həmçinin şəxsi əmlak sahibləri tərəfindən də həyata keçirilir. MTK tərəfindən daxili kreditlə mənzillərin satışı zamanı üstünlük mənzillərin faizsiz kreditlə verilməsidir. Bildiyimiz kimi bankla verilən kreditdə faiz mütləq şərtdir.

Lakin əksər hallarda daxili kreditin qaytarılması şərtləri bank krediti ilə müqayisədə aylıq məbləq baxımından nisbətən ağır olur. Belə ki, şirkət tələb edir ki, pulun kredit hissəsi qısa zamanda qaytarılsın. Bu zaman aylıq ödənişə böyük məbləq hesablandığından çoxları buna gedə bilmir. Banksız kredit eyni zamanda daxili kredit də adlandırılır.

Daxili kreditlə mənzillərin alınması zamanı mümkündür ki, kreditin müddətinə görə mənzilin sahəsinin kvadrat metrinin hesablanması aparılsın. Faktiki olaraq bankın məbləqə qoyduğu faiz, daxili kredit zamanı mənzilin hər kvadrat metr sahəsinə qoyulur.

Misal üçün daxili kredit şərtələri ilə MTK da mənzillərin 1 kv.m sahəsi satılır:

Yeni tikili binada daxili kreditlə mənzil 1 illik kreditlə – 900 azn; 2 illik kreditlə - 950 azn; 3 illik kreditlə - 1000 azn; 4 illik kreditlə - 1050 azn; 5 illik kreditlə - 1100 azn;

Fikir verdiyiniz kimi hər il üçün mənzilin 1 kv. m sahəsi 50 azn baha satılır. Bu göstərici faiz baxımından 1000 azn üçün 5 % ekvivalentindədir.

Bəli, bank krediti zamanı faiz göstəriciləri bundan daha yüksək olur. Lakin, mənzili bank krediti ilə götürəndə MTK nın etibarlığına görə Bank sizdən qat qat artıq məsuliyyət daşıyır.

Lakin banksız kreditlə mənzil götürəndə etibarlığıa görə məsuliyyəti bir başa siz özünüz, yəni mənzili şirkətdən alan şəxs daşıyır.

Beləliklə mülahizələrimə yekun vururam:

Mənzili kreditlə alarkən: Qiymət baxımından daxili kredit, etibarlığ baxımından bankla kredit üstündür.

Siz saytimizda bu linkə daxil olaraq  http://www.xirdalanemlak.az/rieltor/795926 Xirdalanda kreditlə satilan mənzillərlə taniş ola bilərsiniz.

Bu günə bu qədər. Məqaləni xüsusi olaraq http://www.xirdalanemlak.az/  saytı üçün yazdım. Sağ və salamat qalın