Hörmətli oxucularımız və saytımızın daimi istifadəçiləri!

Əvvəla məlumat üçün bildirirəm ki, Xırdalan şəhərində respublikamızın digər şəhərlərində olduqu kimi kreditlə mənzil satışı geniş yayılıb. Sevindirici bir haldır ki, əhalimizin böyük hissəsi bu imkanlardan artıq istifadə edib. Lakin, oxucularımızın çoxsaylı istəklərini nəzərə alaraq bu mövzuda qısa da olsa sizinlə söhbət etməyə ehtiyac bildim.

Xırdalanda təklif olunan kredit mənzillər (kredit evlər) 2 hissəyə bölünür:

1. Bankla kredit mənzil, (bankla kredit ev);

2. Daxili kreditlə mənzil (daxili kreditlə ev); Banksız kreditlə mənzil (banksız kreditlə ev)

Xırdalan şəhərində kredit mənzillərin bank yolu ilə satışı 4 MTK tərəfindən həyata keçirilir. Bu şirkətlərin təklif etdikləri şərtlər oxşardır.

Kreditlə təmirli mənzil, ev bu şirkətlərdən tək biri tərəfindən təklif olunur.

Mənzilin kreditlə verilməsi - 20 ilə qədər və 10 % illik hesablamaqla həyata keçirilir.

Təmirli vəziyyətdə mənzillər təklif olunan bu adını çəkmədiyimiz şirkətdə kredit evlər (kredit mənzillər) üçün ilkin ödəniş 10% tələb olunur. Məbləqin qalan hissəsi isə 20 il müddətinə qaytarılmaqla hesablanır.

Bu linkə http://www.xirdalanemlak.az/rieltor/795926 daxil olaraq saytımızda satışda olan kredit mənzillərlə tanış ola bilərsiniz.

Kreditlə təmirsiz mənzil, ev almaq istəyənlər Xırdalanda fəalliyyət göstərən digər MTK lara müraciət edə bilərlər.

Mənzillərini kreditlə satan MTK larda 20 ilə dək kredit müddətinə təmirsiz mənzillər təklif olunur. Bu zaman kredit mənzillərə ilkin ödəniş ən azı 10 % nəzərdə tutulub. Dəyərin qalan hissəsinin qaytarılması isə 20 il müddətinə hesablanacaq.

Xırdalanda kredit mənzillər – rəqəmlə ilkin ödənişi:

Kredit mənzillər üçün ilkin ödənişləri əgər rəqəmlə bildirsək bu, 1 otaqlı kredit evlər üçün təxminən - 5500 azn, 2 otaqlı kredit mənzillər üçün - 7500 azn, 3 otaqlı kredit evlər üçün isə ilkin ödəniş olaraq - 11000 azn ödəmək nəzərdə tutulub.

Xirdalanda kreditlə evlər – rəqəmlə aylıq ödənişi:

Bu zaman evin sahəsindən aslı olaraq 1 otaqlı mənzillər üçün aylıq ödəniş təxminən 440 azn, 2 otaqlı kredit mənzil üçün aylıq 530 azn, 3 otaqlı kredit mənzil üçün isə aylıq ödəniş 650 azn ətrafında dəyişəcək.

Xırdalanda banksız kredit mənzillər:

Banksız kredit mənzil və yaxud daxili kreditlə mənzil Xırdalanda yerləşən bir çox MTK lar tərəfindən təklif olunur. Bu cür şərtələrlə kredit mənzillər əsasən hazır olmayan binalardan satışa çıxarılır. Bu zaman ilkin ödəniş olaraq mənzilin dəyərinin təxminən 15-20% ədəmək, məbləqin qalan hissəsini isə maksimum 48 aya ödəmək şərti ilə təklif olunur. Əgər rəqəmlə bildirsək ilkin ödəniş olaraq 1 otaqlı mənzillər üçün təxminən 8000 azn, 2 otaqlı evlər üçün 12000 azn, 3 otaqlı mənzillər üçün isə bu rəqəm 15000 azn ətrafında dəyişəcək. Bu zaman aylıq ödəniş 1 otaqlı mənzillər üçün təxminən 700 azn, 2 otaqlı evlər üçün 900 azn, 3 otaqlı mənzillər üçün isə 1200 azn ətrafında dəyişəcək.

Bu günə bu qədər. Məqaləni xüsusi olaraq http://www.xirdalanemlak.az/ saytı üçün yazdım. Məni izləyin...