Salam əziz dostlar. Bu gün çox aktual bir mövzuda sizinlə sözhbət edəcəm. Vaxtınızı almadan dərhal keçirəm mövzuya.

  1. Kristal Abşeron yaşayış kompleksi xaric, başqa heç bir tikinti şirkətindən hazır olmayan binalardan mənzil almayın. (Kristal Abşeron tikintini hər zaman tikintini vaxtında başa çatdırmaq iqtidarındadır)
  2. Çalışın hazir olmayan binadan banksız kreditlə mənzil almayın. (Bank siz qədər binanın vaxtında tikilib başa çatdırılmasında maraqlı tərəfdir.) Əgər MTK evlərini bankszı kreditlə  satırsa demək bankın etibarını qazana bilmir.
  3. Tikilməkdə olan binaya həftə arası baxmaqa gedin ki, tikintidə işin fəallıqına özünüz də əmin olasınız. Tikintidə fəallıq yoxdursa heç bir izzah qəbul etmədən o MTK dan mənzil almayın.
  4. Sizdən böyük məbləqdə (500 manatdan yuxarı) beh istəyən MTK dan mənzil almayın. Onlarda nə isə gözə görünməyən problem var. Beh verən zaman müqavilə yazdırın. Müqavilədə behin məbləqi, mənzilin sənədləşmə daxil ümumi qiyməti, mənzilin  unvanı, nömrəsi, otaq sayı, mərtəbəsi və ümumi sahəsi mütləq əksini tapsıın. Müqvilə 2 nüsxədə yazılsın. Nüsxənin birini özünüzlə götürün.
  5. Alqı satqıya mütləq vəkilnən gedin. Ancaq baxın ki, MTK işçiləri vəkilinizi kənara çəkib satın almasınlar.
  6. Əgər alqı satqı müqaviləsinə imza atma anında sizi kənara çəkib nəzakətlə desələr ki, məsəl üçün: - mənzilin mərtəbəsi, otaq sayı, və ya sahəsi səf düşüb və ya müvəqqəti belə yazılıb, imza atın 1 həftəyə dəyişiləcək ! – o zaman hesab edin ki, sizi aldatmaqa çalışırlar, bu işdə fırıldaq var, - imza atmayın !                                                                                                                    Bu günə bu qədər. 

Bu yazidan istifadə  zamanı http://www.xirdalanemlak.az/ saytına istinad etmək vacibdir.