Yuxarıda qeyd etdiyimiz kimi, bu gün əsas mövzumuz Xırdalan ev alqı satqı bazarında yeni tikili binalarda 2 otaqlı təmirsiz evlərin qiymətləri barədədir. Xırdalanda yeni tikili binalarda 2 otaqlı təmirsiz evlərin qiymətləri binanın yerləşdiyi yerindən və mənzillərin ümumi sahəsindən aslıdır. Ərazilər və qiymətlər:

1.Xırdalanın girişi prospekt boyu – 1 kv.m qiyməti təxminən 500 - 600 azn

2. Mərkəzi parkın ətrafi – 1 kv.m qiyməti təxminən 650-750 azn

3.Bazar ətrafı - 1 kv.m qiyməti təxminən 650- 750 azn

4.Bakı – Sumqayit yolu boyu – 1 kv.m qiyməti təxminən 550-650 azn

5.Quşçuluq massivi – 1 kv.m qiyməti təxminən 550-650 azn

Xırdalanda 2 otaqlı evlər sahələrinə görə 65 kv.m dən – 100 kv. dək fərqlənir. Sahə seçimi isə bildiyimiz kimi hər kəsin öz öhdəsindədir.

Qeyd etmək istəyirəm ki, yuxarida göstərilə qiymətlər nəğd satiş zamanı olan qiymətlərdir. Kreditlə satiş zamanı isə qiymətlər fərqli olur. Bu zaman qiymətlər 750-1000 azn arası dəyişir. Biz bu mövzu barədə gələn yazilarımızın birində daha ətraflı söhbət edəcəyik.

Bu günə bu qədər. Növbəti yazılarimın birində mən sizə Xırdalanda yeni tikili binalarda satılan 3 otaqlı mənzillər barədə məlumat verəcəm. 

Siz Xırdalanda yeni tikili 2 otaqlı mənzillərlə bu ünvana daxil olaraq taniş ola bilərsiniz. 

http://www.xirdalanemlak.az/axtaris?id_page=1&ad_type=Sat%C4%B1l%C4%B1r&city=X%C4%B1rdalan&pricemin=&pricemax=&floormin=&floormax=&roommin=2&roommax=2&areamin=&areamax=